Azerbaijan Fashion Week azərbaycan moda sənayesinin inkişafına biganə qalmayanlar üçün qapılarını açır

7-10 Noyabr tarixlərində Azerbaijan Fashion Week azərbaycan moda sənayesinin inkişafına biganə qalmayanlar üçün qapılarını açır.

Bu dəfə də, Azərbaycan Moda Həftəsinin rəsmi meydançası və tərəfdaşı müasir Bakının təkrarolunmaz rəmzi,  Fairmont Baku, Flame Towers  olacaq. Moda həftəsinin qonaqları və dizaynerləri həmçinin, Azərbaycan Moda Həftəsinin rəsmi avtomobil tərəfdaşı olan AUDİ avtomobilinin əsl alman rahatlığı və qüsursuz dizaynı ilə də tanış ola bilərlər.Məqsədimiz – həm yerli, həm xarici dizaynerlərin birləşməsi və yaradıcılıqlarını nümayiş etdirmək üçün platformanın yaradılmasıdır.

Tədbirlərimizdə dizaynerlərdən əlavə, moda ekspertləri və KİV nümayəndələri də iştirak edir.

Üç gün ərzində fəsilin ən yaxşı kolleksiyaları və yeni cəsarətli dizayn ideyaları ilə taniş olma imkanına nail olacaqsınız.

Altıncı sezonun hedlaynerləri  Oriental Fashion Show dizaynerləri olacaq. Oriental Fashion ShoParisdə yaradılan və bütün dünyaya Şərq dizaynerlərini təqdim edən unikal bir layihədir. Bu layihə çərçivəsində Azərbaycana Yaxın Şərqdən üç dizayner təşrif buyuracaq.

Həmçinin, 8-10 Noyabr tarixlərində 15.00-21.00 saatlarında AFW çərçivəsində azərbaycan və xarici dizaynerlərin şourumları fəaliyyət göstərəcək. Şourumlarda həmçinin gəlinlik paltarları və aksessuarlarə da təqdim olunacaq. Tədbirin rəsmi içki təchizatçısı Hillside şərabları, Martini içkiləri və Aqua Vita sularıdır.

Azerbaijan Fashion Week ildə iki dəfə – may və noyabr aylarında keçirilir. Bu artıq altıncı fəsildir və tədbirlərimiz Fashion Consulting Group şirkəti tərəfindən təşkil olunur, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: