“Azerbaijan in a Box”nədir?

Hər kəsin başına gəlib: xarici ölkədən gələn dost-tanış və ya işgüzar tərəfdaşlarımız Azərbaycandan vətənlərinə qayıdanda, biz onlar üçün Azərbaycan barədə xatırlayacaq hədiyyə tapmaq çalışırıq.

Hədiyyə seçəndə istəyirik ki, o maraqlı, keyfiyyətli, münasib qiymətdə olsun, və əsasən, ölkəmizin tarixi, mədəniyyəti və adətləri barədə qonaqlarımıza danışsın.

Axtarırırq, axtarırıq, vaxt sərf edirik, xeyli pul xərcləyirik.

“Azerbaijan in a Box” bu problemi həll etmək məqsədi ilə yaradılıb. Azərbaycanın adət-ənənələrini, istedadlı ustalarımızın əl işlərini və orqanik məhsulları bir qutuya yığıb, “Azərbaijan in a Box” müxtəlif mövzulu dəstlərini hazırlayır.

İlk hədiyyə dəsti “Tea for Two”( iki nəfər üçün çay) adlanır və xüsusilə bəzədilmiş armudu stəkanlar, Lənkaran çayı, noğul, mixək və kəklikotudan ibarətdir. Bu dəsti alan hər kəs, əsl Azərbaycan sayağı çay hazırlaya bilər.

Ətraflı məlumatı https://web.facebook.com/Azerbaijaninabox və İnstagramda @Azerbaijaninabox səhifələrində tapa bilərsiniz. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: