EventsMobil dünyaTəqdimat

Azercell azad olunmuş ərazilərimizdə şəbəkəsini genişləndirir!

44 günlük Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi nəticəsində doğma torpaqlarımızın azad olunması ölkəmizin həyatında yeni bir mərhələyə təkan verdi. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası istiqamətində dövlət səviyyəli layihələrin təşkil olunması da bundan xəbər verir.

Frame.az xəbər verir ki, şanlı ordumuzun, demək olar ki, ardınca bütün cəbhə boyu irəliləyən “Azercell” komandası Cəbrayıl rayonundan başlayaraq azad edilmiş tarixi torpaqlarımızda, eləcə də qədim Şuşa şəhərində 4G şəbəkəsini işə salmağa müvəffəq olub. “Azercell” işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda qurulmuş Azercell şirkətinə məxsus 60-dan artıq radio baza stansiyası 2G/3G/4G standartlarını dəstəkləyir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq Azercell şəbəkəsi ilə əhatə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb. “Azercell” şirkəti öz növbəsində bu istiqamətdə hər cür fəaliyyətə dəstək olmağa hazır olduğunu bildirir.

“Azercell”in əsas vəzifəsi və məqsədi işğaldan azad olunmuş ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!