Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

“Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ehtiyacı olan insanlara qayğı və dəstək məqsədilə növbəti xeyriyyə aksiyasına qoşulub.

“Azercell”dən verilən məlumata görə, “BEAT Group” ilə birgə keçirilən aksiya çərçivəsində abunəçilər karantin günlərində aztəminatlı ailələr üçün müxtəlif təamların hazırlanıb çatdırılmasına yardım edə bilərlər.

Xeyriyyə aksiyasında iştirak edən Azercell abunəçiləri öz balansından 1, 5 manat və ya 9 manat məbləğində vəsaiti ianə etməklə COVID-19 virusu ilə bağlı yaranmış vəziyyətdə maddi çətinliklər çəkən vətəndaşlara kömək etmiş olacaqlar. Belə ki, yığılan məbləğin müqabilində lazım olan ərzaqlar alınaraq müxtəlif yeməklər hazırlanacaq və könüllülər tərəfindən aztəminatlı ailələrə çatdırılacaq.

Xeyriyyə təşəbbüsünə qoşulmaq üçün 5595 qısa nömrəsinə ianə edilən məbləği (1, 5 və ya 9) mesaj vasitəsilə yazıb göndərmək lazımdır, yaxud https://evdeq.al/ saytındakı formu doldurmaqla həmin təşəbbüsü dəstəkləmək olar. Saytdakı “Hesabat” bölməsinə keçid edərək, “Azercell” abunəçisi ianə edənlərin siyahısında nömrəsinin son 3 rəqəmini və ianə edilən məbləği görə bilər, həmçinin burada ianələrin xərclənməsinə nəzarət etmək, foto və video hesabatlarla tanış olmaq da mümkündür.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: