Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti!

Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin gündəlik və işgüzar həyatını daha da rahat etməyi hədəfləyən Azercell Telekom bu sıradan olan daha bir yeniliyə imza atıb. Belə ki, şirkət dünyanın rəqəmsal xidmətlərini korporativ müştərilərinə əlçatan etmək məqsədi ilə kiçik və orta sahibkarlar üçün “Business Web” – veb-sayt yaratma xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə Azercell korporativ müştərilərinə özbizneslərini veb-saytkimi rəqəmsal ünsiyyət vasitəsinin köməyilə inkişaf etdirməkdə dəstək olacaq.

Bulud texnologiyaları üzərindən çalışan “Business Web” xidməti çərçivəsində təklif edilən sayt idarəetmə həlli “Windows” və “Mac OSX” əməliyyat sistemlərini dəstəkləyir. Müxtəlif məzmunlu səhifələrin yaradılması üçün ayrı-ayrı tətbiqlərin mövcudluğu saytın idarə olunmasını daha sürətli və effektiv edir.

Yeni yaradılmış xidmət də daxil olmaqla, Azercell-in korporativ abunəçiləri üçün geniş çeşiddə məhsul və həllər təklif etməsi onun etibarlı telekom tərəfdaşı kimi töhfəsini bir daha vurğulayır.

Korporativ abunəçilər business@azercell.com e-mail ünvanına müraciətlərini göndərməklə, Azercell-in yaratdığı bu fürsətdən yararlana bilər.

Yeni xidmət haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/busInessweb/

Azercell rəqəmsal dünyada sizin biznesinizin inkişafını dəstəkləyir!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: