Frame LifeTəqdimat

Azercell-dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer Course” layihəsi

İnformasiya texnologiyaları sahəsində gənclərin inkişafına dəstək verən Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yeni layihəyə başlayır. Balacalar və yeniyetmələr üçün nəzərdə tutulan “Coding Kids – Summer Course” layihəsi onları oyun və əyləncədən əlavə kompyuter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edəcək. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olacaqlar. Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verəcək.

Məlumat üçün bildirək ki, “Coding Kids – Summer Course” layihəsi 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulub. 9-11 yaşlı məktəblilər üçün layihə çərçivəsində  “İntroduction into İT and Computer Science”, “Coding Techniques” və “Creating Apps”,12-15 yaşlılar üçün isə “İntro into Computer Science Programming in HTML/CSS/Javascript”, “Creating apps” və “Basic Databases” prorqamları keçiriləcək. Proqramın müddəti 6 həftədir. Dərslər həftədə 2 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən pulsuz  aparılacaq. Ərizələr 1 iyul 2017-ci il tarixinə qədər qəbul olunacaq. 3 iyul tarixində şagirdlərin proqrama qəbul üçün imtahan keçiriləcək və dərslərə 15 iyul tarixində start veriləcək.  Proqramda iştirak etmək üçün şagirdlər

https://docs.google.com/forms/d/1R2sR9f1b1nI0jiLYwYM9sr5A0BgNYMhEh0IXdgxfxsU/edit

linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər, bu proqrama  müraciət edənlər riyaziyyat və məntiq imtahanına dəvət olunacaqlar və testlərin nəticəsi əsasında kursa dəvət alacaqlar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!