Frame LifeMobil dünyaSağlamlıqSosial

Azercell-dən uşaqlara sağlam gülüş hədiyyə

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə Yer üzündə 5 milyarda yaxın insan diş problemlərindən əziyyət çəkir. Azərbaycanda isə böyük hissəsi uşaqlar olmaqla əhalinin 80 faizə yaxını diş ağrıları ilə üzləşir. Özəlliklə uşaq evlərində məskunlaşan ata-ana qayğısından uzaq, kimsəsiz uşaqların bu baxımdan çətinliklər yaşayır. Aparılan araşdırmalar uşaq müəssisələrində məhz diş xəstəlikləri ilə bağlı ciddi problemlərin olduğunu ortaya çıxarıb. Azərbaycandakı uşaq evlərinin 90 faizində stomatoloji kabinetin olmadığını nəzərə alan “Azercell Telekom“ MMC 2009-cu il dekabrın 15-də fəaliyyətinin 13 illiyində daima dəyər verdiyi uşaqlara hədiyyə olaraqən müasir tibbi avadanlıqla təchizolunmuş “Mobil Diş Klinikası”nı təqdim edib. “Mobil Diş Klinikası” məhz uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib.

Fəaliyyəti boyu minlərlə uşağa sağlam gülüş hədiyyə edən klinikanın həkimləri bu ilin ilk 6 ayı ərzində öz ənənəsinə sadiq qalaraq, 400-dən artıq uşağın müayinə və müalicəsini həyata keçirib. Yanvar və fevral aylarında həkimlər Əhmədli qəs., 3 saylı uşaq evində 100-ə yaxın uşağa diş problemlərin həllində yardımçı olublar. Mart ayında Pirşağı qəsəbəsində yerləşən Xocalı rayon 2 saylı orta məktəbdə təhsil alan 47, apreldə Lökbatan qəsəbəsi uşaq sanatoriyasında müalicə alan 76, mayda Nərimanov rayonu, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində yaşayan 98, iyun ayında isə Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinin 125 uşağı bu pulsuz müayinədən yararlanıb.

Qeyd edək ki, fəaliyyət göstərdiyi 9 il ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikası”nın həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.

Frame.az

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!