IqtisadiyyatMobil dünyaTurizmTəqdimat

Azercell-dən yeni “010” nömrələri – “Qaliblərin seçimi!”

İstifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələr, “Azercell Telekom” tərəfindən Azərbaycanın mobil rabitə bazarına təqdim edilir.

Onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkün olacaq.

Belə ki, ilk dəfə olaraq bu cür iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiks-li nömrəni seçib dərhal rəsmiləşdirə bilər.

Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir.

Həmin kodu 7 gün ərzində istənilən Azercell satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.

Azercell şirkətinin prezidenti Zərinə Zeynalova “Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı yeni nömrələrin Vətən müharibəsində qalibiyyətimizin ilk ildönümünə ithaf olunduğunu bildirib.

Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı Azercell-in rəsmi veb-səhifəsindən (www.azercell.com) əldə etmək olar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!