IqtisadiyyatMobil dünyaTəqdimat

Azercell ilə ən sərfəli Rominq İnternet paketlərindən faydalanın!

“Azercell” ölkə xaricində olan abunəçilərinin ən sərfəli rominq xidmətlərindən faydalanmaları üçün yeni Günlük Rominq İnternet paketini təklif edir. 29 mart tarixindən etibarən “Azercell” abunəçiləri 100 MB həcmində təqdim olunan Günlük Rominq İnternet paketindən cəmi 3,90 AZN ödəməklə yararlana bilər. “Azercell”in Rominq İnternet paketləri abunəçilərə səfər və səyahətlər zamanı yarana biləcək gözlənilməz internet xərclərinin qarşısını almaqda yardımçı olur.

Qeyd edək ki, “Azercell” abunəçilərinə rominqdə internet xidmətindən faydalanmaq üçün daha 2 paket təklif edir: 19.90 AZN dəyərində 1 GB və 9.90 AZN dəyərində 400 MB həcmində internet paketləri.

Bu paketlər dünyanın ən çox ziyarət edilən 52 ölkəsində fəaliyyət göstərən 70-dən çox operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ və Çin kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac qalmadan istənilən şəbəkədə internet xidmətindən yararlana bilər.

“Azercell” ilə rominqdə onlayn olmaq fürsətini qaçırmayın!

“Azercell”in Rominq İnternet paketləri haqqında daha ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

https://www.azercell.com/az/personal/roaming/internetroaming/

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!