Mobil dünyaPR-TanıtımTəqdimatTəqdimat

Azercell ilə limitsiz WhatsApp yazışmaları!

Ölkədə texnoloji innovasiyaların təminatçısı kimi tanınan və əhalinin əksəriyyətinin seçimi olan “Azercell Telekom” MMC abunəçilərini Yeni il ərəfəsində yeni bir kampaniya ilə sevindirir.

Belə ki, şirkət aylıq internet paketi istifadəçilərinə WhatsApp mobil tətbiqi daxilində pulsuz yazışma imkanı təqdim edir. 500 MB, 1 GB, 5 GB, 10 GB və ya 50 GB/Limitsiz aylıq internet paketlərindən birini əldə edən fiziki şəxs statusuna malik bütün Azercell abunəçiləri paketin istifadə müddəti bitənədək bu kampaniyadan yararlana, beləliklə də, WhatsApp üzərindən pulsuz ismarıc göndərə bilər. Qeyd edək ki, təklif 2020-ci il, yanvar ayının 31-dək qüvvədə olacaq. Azercell-in internet paketləri barədə ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/internet/datapacks/packs/ səhifəsinə daxil olun.

“Azercell”in təqdim etdiyi bu fürsətdən yararlanmağa, Yeni ildə yaxınlarınızla daha çox ünsiyyətdə olmağa tələsin! Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!