Frame LifeMobil dünyaSosialTəqdimatƏn SonƏn Son

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu il ərzində 5061 müraciət daxil olub

Fəaliyyət dövrü ərzində daima sosial layihələr həyata keçirən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəklədiyi  “Uşaq Qaynar Xətt” xidməti 2019-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

Uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, ehtiyac olduğu halda müraciət edənlərin reabilitasiya mərkəzlərinə, digər xidmətlərə yönləndirməsi və təxirəsalınmaz köməyin göstərilməsi  məqsədilə yaradılan “Uşaq Qaynar Xətt” xidməti 2019-cu il ərzində 5061 zəng qəbul edib. Müraciətlərin 435-i psixoloji, 622-i hüquqi, 2776-ı təhsil, 247-i səhiyyə, 387-i sosial, 594-ü isə digər məsələlərə aiddir. Onu da vurğulayaq ki, il boyu mərkəzə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Belarus, Bolqarıstan, Lüksemburq və  Özbəkistandan da zənglər daxil olub. Müraciətlər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən edilib.

Qeyd edək ki, yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığının qorunmasına xüsusi önəm verən Azercell şirkətinin təşəbbüsü ilə  2019-cu ildə “Uşaq Qaynar Xətt” xidməti üçün 116-111 qısa nömrəsı ayrılıb. Bununla da, dəstəyə ehtiyacı olan gənclərə qaynar xəttin əməkdaşları ilə daha rahat əlaqə qurmaq imkanı təqdim edilib. Xatırladaq ki, hələ 2017-ci ildə Azercell-in dəstəyi və təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin Android və iOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilməklə, xidmətin dünyanın istənilən nöqtəsində əlçatanlığı təmin edilib.

“Uşaq Qaynar Xətt” xidməti Azercell Telekom-un dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə çalışır. “Uşaq Qaynar Xətt” xidmətinə günün istənilən vaxtında (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və 116-111 nömrələri vasitəsilə həm şəhərdaxili, həm də Azercell nömrələrindən ödənişsiz olaraq müraciət etmək mümkündür.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!