IdmanMobil dünyaSosialTəqdimatƏn Son

Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

“Azercell Telekom” MMC, UNICEF-in Azərbaycan nümayəndəliyi, BP və “Toyota” şirkətlərinin dəstəyi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 14-də Abşeron Olimpiya İdman kompleksində V Uşaq Paralimpiya Oyunları keçirilib. Açılış mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev Paralimpiya Oyunlarını möhkəmliyin, iradənin qeyri-şərtsiz qələbəsi, əzmkarlıq, özünə inam adlandırıb və bütün iştirakçılara uğurlar arzu edib.

Yarışda yerli idmançılarımızla yanaşı, Gürcüstandan olan iştirakçıların da yer aldığı 180 paralimpiyaçı 7 idman növündə qüvvələrini sınayıb. Qələbə qazanan iştirakçılar kubok, medal və diplomlarla mükafatlandırılıb.

Qeyd edək ki, 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasının təmin edilməsidir. Sosial layihələrə xüsusi diqqət ayıran “Azercell Telekom” MMC bu önəmli təşəbbüsə öz töhfəsini vermək üçün 2014-cü ildən etibarən komitənin fəaliyyətini dəstəkləyir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!