Mobil dünyaPR-TanıtımTəqdimat

“Azercell” “iPhone 12 Pro Max” və “iPhone 12 Mini”nin satışlarına başlayıb

“Azercell Telekom” MMC “Azercell Eksklüziv” mağazalarında “iPhone 12 Pro Max” və “iPhone 12 Mini” telefonlarının satışına start verib.

Şirkətdən Frame.az-a verilən məlumata görə, “Apple” brendi ilə birgə əməkdaşlıqda abunəçilərini növbəti kampaniya ilə sevindirən “Azercell” şirkəti “iPhone” smartfonlarının yeni modellərini alan hər bir abunəçiyə 3 ay ərzində hər ay 50 GB həcmində internet paket hədiyyə edir.

Xatırladaq ki, Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekommunikasiya tərəfdaşı olan “Azercell”, noyabr ayının 6-dan etibarən eyni şərtlər ilə “iPhone 12” və “iPhone 12 Pro” telefonlarının da satışına başlayıb.

Qeyd edək ki, “iPhone 12 Pro Max”ın minimal qiyməti 3 099 manata, “iPhone 12 Mini”nin isə 1 969 manat təşkil edir.

Əlavə məlumat: https://www.azercell.com/az/personal/devices/iPhone12ProMax/.

Ülviyyə Ədalətqızı

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!