“Azercell-Lab” təcrübə proqramının qalibləri elan edildi

Ölkəmizdə telekom sahəsinin inkişafı və gənclərin bu sahəyə olan marağını artırmaq istiqamətində bir sıra layihələr həyata keçirən “Azercell Telekom” MMC-nin may ayında elan etdiyi “Azercell-Lab” ödənişli təcrübə proqramının ilk qalibləri artıq rəqəmsal dünyaya səyahətlərinə yola düşdülər. Təcrübəçilər iyul ayının 1-dən etibarən  “İT-lab” və “Biznes-lab” inkubasiya mərkəzlərində telekom sahəsinin ən son trendləri ilə tanış olmaq fürsətindən istifadə edərək nəzəri biliklərini tətbiq edib, peşəkar mühitdə şirkətin real layihələrində iştirak edirlər. Təcrübə Proqramının ilk həftəsində Azercell Akademiyasının professional tədrisçiləri tərəfindən “Azercell-Lab”-ın rezidentlərini yeni nəsil rəqəmsal texnologiyalar ilə yaxından tanış etmək üçün xüsusi master klasslar və təlimlər təşkil edilib. Qaliblər 6 ay müddətində  biznes və İT sahələrində  zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışaraq, ölkəmizin ən arzuolunan iş məkanlarından biri  olan Azercell şirkətində karyeralarında ilk addımlarını atmaq üçün əvəzolunmaz fürsət əldə ediblər.  Rəqəmsal Texnologiyalara həvəsi olan gənclərə dəstək olmaq və onların telekommunikasiya  sahəsinə marağını artırmaq məqsədi daşıyan bu layihənın qalibləri 600-dən çox namizəd arasında  akademik fəaliyyəti və peşə bilikləri əsasında dəyərləndirilərək seçilib. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 190-dan çox tələbə Azercell-də təcrübə keçmək fürsətindən yararlanıb.  Onlardan 27-si isə artıq Azercell ailəsinə qoşulub.

Qeyd edək ki, müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirən Azercell şirkəti güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) –  İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Qızıl sertifikatına sahib oldu. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk qurum olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: