IqtisadiyyatMobil dünyaTəqdimatƏn Son

Azercell növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” seçilib

Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” biznes aləmində nüfuzlu sayılan beynəlxalq “Stevie” mükafatına layiq görülüb.

Şirkətdən verilən məlumata görə, 2018-ci ilin nəticələri və nailiyyətləri üzrə münsiflər heyətinin apardığı dəyərləndirmə nəticəsində “Azercell” növbəti dəfə “İlin telekommunikasiya şirkəti” nominasiyasında bürünc “Stevie” mükafatı qazanıb. Şirkətin respublika boyu şəbəkənin gücləndirilməsi və genişləndirilməsi istiqamətində uğurla tamamladığı irimiqyaslı layihələri, ölkənin telekommunikasiya sahəsinin inkişafına verdiyi töhfəsi, sərgilədiyi nümunəvi müştəri xidmətləri, innovativ həllər və məhsullar bazası, eləcə də həyata keçirdiyi sosial təşəbbüsləri bu mükafatı qazanmasına vəsilə olub.

Xatırladaq ki, uğurlu fəaliyyətinin nəticəsi olaraq “Azercell” 2018-ci ili 49% bazar payı ilə lider mövqedə başa vurub. Şirkət bu müddət ərzində daha 30 bölgədə 800-dən artıq 4G stansiyası qurub. Beləliklə, “Azercell”in 4G istifadəçilərinin sayı 1 milyonu ötüb, internet istifadəsi isə 2017-ci il ilə müqayisədə 13 petabayta çatıb. Təkcə 2018-ci ildə “Azercell”in ölkənin telekommunikasiya sahəsinin inkişafına yatırdığı sərmayənin dəyəri 59,5 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2002-ci ildə təsis olunmuş “Stevie” mükafatının dəyərləndirmə prosesinə iş adamlarının, biznes sahəsində aparıcı mövqedə çalışan şəxslərin və təlimçilərin də yer aldığı 1 000-ə yaxın mütəxəssis cəlb olunur. “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!