Azercell veteranları təbrik etdi

“Azercell Telekom” MMC dünya müstəvisində əlamətdar tarix kimi qeyd edilən 9 may – faşizm üzərində Qələbə günü münasibətilə xeyriyyə təşəbbüsünü reallaşdırıb.

Şirkətdən verilən məlumata görə, koronavirus pandemiyası dövrünə təsadüf edən qələbənin 75-ci ildönümündə lider mobil operator qəhrəmanlıq və şücaəti ilə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olan İkinci Dünya müharibəsi veteranlarını dəyərli ərzaq sovqatları ilə sevindirib.

Xeyriyyə aksiyası çərçivəsində “Azercell” Azərbaycanın müxtəlif şəhər və regionlarında yaşayan bütün İkinci Dünya müharibəsi veteranlarına baş çəkərək onların bayramlarını təbrik edib. Hədiyyələrin ünvanlara çatdırılmasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC həyata keçirib.

Xatırladaq ki, hansı müharibədə iştirak etməsindən asılı olmayaraq Vətənin müdafiəsində danılmaz xidmətləri olan bütün veteranlara hər zaman qayğı ilə yanaşan “Azercell” 2015-ci ildən etibarən “Veteran” kampaniyasını da keçirir. Bu təklifdən yararlanan veteranlar təqvim ayı ərzində nömrələrinə birinci dəfə yüklədikləri məbləğ müqabilində eyni vəsaiti balanslarına hədiyyə qismində əldə edirlər.

Qeyd edək ki, müharibə veteranı statusuna malik Fakturasız Xətt (“Sim-Sim”) istifadəçiləri “Azercell”in Müştəri Xidmətləri ofislərinə müraciət edərək istifadə etdikləri nömrədə kampaniyanı aktiv edə bilərlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: