Mobil dünyaSərgiTəqdimat

Azercell XXV “TİBO-2018” sərgisində ölkəmizi təmsil edib

Azərbaycan rabitə bazarının lider şirkəti Azercell Telekom ölkəmizi daha bir beynəlxalq sərgidə təmsil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Belarusun paytaxtı Minskdə keçirilən XXV “TİBO-2018” beynəlxalq telekommunikasiya sərgi-forumunda Azercell özünün ən son yeniliklərini, 3G və 4G texnologiyalarını, korporativ strukturlar üçün M2M texnologiyaları üzərində çalışan müxtəlif xidmətləri, eləcə də şirkətlər üçün mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan Virtual ATS xidmətini təqdim edib.

Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər sərgiyə təşkil olunan VİP tur çərçivəsində Azərbaycan Milli Pavilyonuna baş çəkərək,ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərləyaxından tanış olublar.
Dünyanın 15 ölkəsindən 100-dən çox şirkətin öz məhsullarını təqdim etdiyi sərgi-forum informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur.   “TİBO-2018” sərgisini dövlət idarəetmə orqanları, elmi-tədqiqat və tədris müəssisələri, müxtəlif iqtisadi sahələr və mülkiyyət formalı müəssisələrin 18 000-dən çox nümayəndəsi  ziyarət edib.

Qeyd edək ki, Azercell dəfələrlə ölkəmizi beynəlxalq sərgi və konfranslarda uğurla təmsil edərək nüfuzlu mükafatlara layiq görülüb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!