® “Azercell”in dəstəklədiyi “InnoWeek” çərçivəsində maraqlı tədbirlər və jurnalistlər üçün müsabiqə gözlənilir

Dekabrın 14-19-da Azərbaycanda növbəti “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə onlayn şəkildə baş tutacaq.

Həftə çərçivəsində “Azercell” şirkətinin dəstəyilə jurnalistlər arasında “InnoWeek – İnnovasiyalar həftəsi 2020”yə həsr olunmuş müsabiqə elan edilir: “InnoWeek – İnnovasiyalar həftəsi 2020” haqqında “Ən yaxşı veriliş”, “Ən yaxşı televiziya süjeti” və “Ən yaxşı məqalə” hazırlayan media nümayəndələri mükafatlandırılacaqlar. Bir müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və videomateriallar dekabrın 25-dək yayımlanmalıdır. Materialların linkləri “innoweek@mincom.gov.az” elektron poçtuna göndərilməlidir. Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) da təqdim olunmalıdır.

Nominasiyalar üzrə qəbul olunmuş materialları münsiflər heyəti dəyərləndiriləcək, nəticələr dekabrın 29-da açıqlanacaq. Qaliblər “Azercell” tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: