FinansFrame LifeIqtisadiyyatTəqdimat

AZSIĞORTA kənd təsərrüfatında ixrac potensialının gücləndirilməsi layihəsində iştirak edir

AZSIĞORTA şirkətiRegional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin təşkil etdiyi “Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi” layihəsində təmsil olunub. Layihənin əsas məqsədi Azərbaycan iqtisadiyyatında o cümlədən, aqrar sektorda başladılan genişmiqyaslı islahatlara vətəndaş cəmiyyətinin dəstəyini təmin etmək və beləliklə də, sektorda inkişaf dinamikasını daha da sürətləndirməkdir.

Layihə çərçivəsində kənd təsərrüfatı subyektlərinin maarifləndirilməsi, problemin yerində təhlili və optimal həll yollarını özündə ehtiva edən təkliflər paketinin hazırlanması kimi fəaliyyətlərin icra edilməsi nəzərdə tutulur.  Bu isə öz növbəsində aqrar sahədə sığorta sisteminin inkişafını sürətləndirməklə, müasir tələblərə uyğun təsərrüfat münasibətlərinin formalaşmasında əhəmiyyətli rola malik olacaqdır.

Tədbirdə AZSIĞORTA şirkətinin nümayəndəsi Cəfərov Ramin sığortanın ölkə iqtisadiyyatının bütün sahələri ilə yanaşı aqrar sahənin də inkişafına ciddi təkan verdiyini bildirib və fermer təsərrüfatlarının dayanıqlı inkişafında, həmçinin fermerlərin qarşılaşa biləcəyi zərərlərin vaxtında və ədalətli şəkildə kompensasiya edilməsində sığortanın əhəmiyyətini vurğulayıb.

“Dövlətin aqrar sahəyə göstərdiyi dəstək sırf bu sahənin inkişafına təkan versə də, digər sahələrdə olduğu kimi aqrar sahədə də spesifik çətinliklər və problemlər var. Bu çətinlik və problemlərin qarşısını isə fermerlər öz aqrar təsərrüfatlarını sığortalamaqla ala biləcəklər” – deyə R. Cəfərov bildirib.

Qeyd edək ki, AZSIĞORTA mütəmadi olaraq biznes və iqtisadiyyatın  müxtəlif sahələrində keçirilən layihələrdə iştirak edir və öz dəstəyini göstərir.

AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!