Frame LifeIqtisadiyyatSosialTəqdimat

AZSIĞORTA Bakıdakı güclü yağış nəticəsində zərər çəkmiş əmlaklar üzrə sığorta ödənişlərinə başlayıb

23 sentyabr səhər saatlarında Bakı şəhərindəbaş vermiş güclü yağış nəticəsində bir çox əmlaklara – yaşayış evlərinə və kommersiya obyeklərinə ziyan dəymişdir. Bununla bağlı bu günə AZSIĞORTA-ya 40-a yaxın müraciət daxil olmuşdur.Bu müraciətlər,daşınar və daşınmaz əmlaklara dəyən zərərlərlə bağlıdır. İlkin hesablamalara görə, sığortalılara dəymiş ziyanın ümumi məbləği təqribən 350 – 400 minmanat ətrafında dəyərləndirilir.

Hazırda, AZSIĞORTA-nın əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və hər bir hadisə üzrə dəymiş zərər məbləğini dəqiqləşdirirlər. Ödənişlər, müvafiq sənədlər hazırlanandan sonra,ən qısa zamanda həyata keçiriləcəkdir.

Qeyd edək ki, güclü yağış nəticəsində əmlaklarına dəyən ziyan ilə bağlı, bütün AZSIĞORTA müştəriləri *6565, *7676, (012) 505 66 66 və (012) 565 66 66 nömrələrvasitəsilə şirkətə müraciət edə bilərlər.

Daşınmaz əmlakın icbari sığortası yanğın və ya digər hadisələr nəticəsində əmlakinızın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin etmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!