AZSIĞORTA media nümayəndələri üçün təlim təşkil edib

Bugün AZSIĞORTA ASC media nümayəndələri üçün “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda təlim təşkil edib. Təlimdə spiker qismində çıxış edən AZSIĞORTA şirkətinin Mənfəət Mərkəzinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qoşqar Şəkərəliyev öncə iştirakçılara icbari sığorta haqqında məlumat verərək daha sonra daşınmaz əmlakın icbarı sığortası barədəgeniş təqdimat nümayiş etdirib.

Daha sonra Q.Şəkərəliyev sığorta barəsində jurnalistləri maraqlandıran sualları cavablandırıb. Təlimin sonunda AZSIĞORTA şirkətinin İdarə Heyətinin sədri Anar Talıbov media nümayəndələrinə sertifikatlar təqdim edib.

Xatırladaq ki, AZSIĞORTA ASC fəaliyyət üçün lisenziyanı 2006-cı ilin noyabrında alıb və Azərbaycanın sığorta bazarında ən stabil şirkətlərdən biridir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: