FinansIqtisadiyyatTəqdimat

AZSIĞORTA-nın Direktorlar Şurasında kadr dəyişikliyi

AZSIĞORTA ASC-nin Direktorlar Şurası (DŞ) üzvlərindən biri vəzifəsindən ayrılıb.

Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü olan Ziya Talıbov vəzifəsini öz istəyi ilə tərk edib və həmin vəzifəyə hələki yeni təyinat olmayıb.

Ziya Talıbov 2014-cü ildə AZSIĞORTA ASC-nin Direktorlar Şurasının üzvü təyin olunmuşdu.

Qeyd edək ki, AZSIĞORTA ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyevdir.

Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA ASC 2006-cı ildən fəaliyyət göstərir. Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi şirkətin maliyyə gücünü “B” səviyyəsində təsdiqləyib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!