BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

İyunun 25-də Birləşmiş Ərəb Əmirliklərinin Yerli İcma və İnkişaf Məsələləri üzrə naziri Hessa Buhumaid “ASAN xidmət” mərkəzi ilə tanış olub. Qonaq Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak məqsədilə ölkəmizdə rəsmi səfərdədir.

Bu barədə Frame.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Qonaq “ASAN Könüllüləri”, “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi” və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: