Bəs Bakı sakinləri Azərbaycan dilini hansı səviyyədə bilir?- SORĞU

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

“ACT Azərbaycan”  19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili də neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. 2001-ci il avqust ayının 1-dən etibarən bu tarix Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Bəs Bakı sakinləri Azərbaycan dilini hansı səviyyədə bilir ?

Apardığımız sorğu nəticələrinə görə demək olar ki, rəyi soruşulmuş respondentlər dövlət dilini bilmə səviyyələrini ortalama 8 balla dəyərləndirirlər.

Dövlət dili ilə yanaşı paytaxt sakinləri müxtəlif  xarici dilləri də bilir. Belə ki, sorğu nəticəsində məlum oldu ki, respondentlərin yarıdan çoxu (67 %) rusca bilir. İngiliscə (32 %) və türkcə (15 %) bilənlər də az deyil. Xarici dillərdən alman (4 %) və farsca (2 %) bilənlər daha azdır. Fransız, gürcü və ərəb dillərini bilənlər sorğuda barmaqla sayılacaq qədər azdır (hər biri 1 %). Fikri soruşulanların dörddə biri isə heç biri xarici dili bilmədiyini söyləyib (26 %).

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Frame.az

 

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: