PR-TanıtımTəqdimat

Bəs siz Lalafo əlavəsindən istifadə etmisiniz? – müsahibə

Frame.az- ın bildirdiyinə görə, son zamanlar biznes-layihələrin arasında Lalafo online alış-veriş servisi çox sürətli inkişaf etməkdədir, hansı ki insanlara lazım olmayan əşyalarını asanlıqla satmağa, və istədiklərini sərfəli qiymətlərlə əldə etməyə kömək edir. Lalafo Azərbaycan bazarına 4 il öncə gəlib, amma son aylarda biz onların innovasiyaları və uğurları haqqında hər dəfə daha çox eşidirik, məhz buna görə bu sürətli yüksəlişin səbəbləri nə olduğu, nail olduqları uğurlar və gələcək planlar barədə öyrənməyə qərar verdik.

Frame.az-ın suallarını Lalafo şirkətinin Azərbaycandaki direktoru Müşfiq Həsənov cavablandırdı.

İlk öncə Lalafo-nun məqsədləri barədə maraqlanmaq istərdik. Başlanğıcda məqsəd nə idi və niyə bu servis Azərbaycana gəlib?

Hər birimizin elə əşyaları var ki, bizə daha lazım deyil, ya da heç vaxt lazım olmayıb, amma satmaq üçün vaxt və ya imkan olmayıb, ya da sadəcə olaraq biz necə satacağımızı bilmirdik.
Bundan başqa da elə əşyalar var idi ki, əldə etmək istəyirdik, lakin mağazalarda onlar çox baha başa gələ bilərdi. Və nəhayət, axtarışlra vaxt olmaya da bilərdi.

Lalafo insanlara işlədmədikləri əşyalar üzərində qazanmağa və lazım olan əşyalarla özünü əhatə etməyə kömək etmək üçün yaranıb. O, satıcı ilə alıcını bir neçə dəqiqə ərzində bağlamağa, tez bir zamanda satmağa, lazım olanı tez və sərfəli əldə etməyə, gücünüzə və vaxtınıza qənaət etməkdə yardım edir.

Əvvəlcədən Lalafo 10 ölkənin barazına daxil olub, Azərbaycan da həmçinin onların sırasında. Əsas fikir verdiyimiz məqamlar: inkişaf edən bazarlar, hansılarında ki hər hansı bir səbəbdən istifadə olunmayan əşyaları satmaq mədəniyyəti var. İlk aylardan göründü ki, bir sıra ölkələrin arasında Azərbaycan bazarı bu servisi çox yaxşı qəbul etdi, istifadəçilər elan yerləşdirməyə başladılar və elanların sayı hər ay artırdı. Bu cür ölkələrdə məskənleşməyə qərar verdik. Beləliklə, birinci biz Azərbaycanı, sonra da Azərbaycan Lalafo-nu seçdi.

Bəs indi, bazarda kök salmışkən, Lalafonun məqsədləri nədir?

İndi məqsədimiz online alış-veriş etmık mədəniyyətini inkişaf etdirməkdir. İnsanlara asanlıqla və tez bir zamanda mal və ya xidmət sata biləcəklərini göstərmək və istədiklərini satın almaq daha asan və faydalı olduğunu göstərmək istəyirik. Çünki bunları göstərməsək, bunlardan danışmasaq heç kimin belə bir alternativdən xəbəri olmayacaq. Məhz buna görə biz təmamilə pulsuz olan xidmətimizdən faydalana biləcəyiniz haqqında bəhs edirik. Həm də biz hər zaman Lalafonu inkişaf etdirməyə çalışırıq ki, istifadəçilər üçün daha asan, daha sərfəli olsun.

Xidmətinizdə yaxşılaşdırmağı planladığınız məqamları daha ətraflı izah edə bilərsinizmi?


İstifadəçilərimiz üçün saytımızın daha da rahat olması üçün platformamız üzərində daha çox işləyirik. Məsələn, bir neçə gün öncə Bakıya Lalafonun baş ofisi Kiyevdən istifadəçilərimizin Lalafo haqqında fikirlərini öyrənmək üçün böyük heyət gəlmişdi. Bizim komanda böyük istifadəçi kütləsi ilə görüşdü və onlarla mobil əlavə və saytdan istifadənin rahatlığı ilə bağlı sorğu keçirtdi. Bu yolla biz böyük istifadəçi kütləsinin fikirlərini öyrəndik və tezliklə saytımızı daha da təkmilləşdirəcəyik. Biz ürəkdən inanırıq ki, keyfiyyətin yaxşılaşdırılması və istifadəçi sayının artması bir-biri ilə əlaqəlidir, ona görə bu istiqamətdə işlər görürük.


Yaxın gələcək üçün əsas planlar hansılardır?
Onlayn alış-veriş mədəniyyətini inkişaf etdirmək və mobil əlavə və saytın daim təkmilləşdirilməsi ilə yanaşı, biz insanlara daha tez elan yerləşdirmək, həmçinin şəkillərə əsasən məhsulun təsvirini , təxmini qiymətini və digər xüsusiyyətlərini müəyyən edən süni intelektin “görmə” texnologiyasından istifadəyə etməyi planlaşdırırıq. Lakin, hal-hazırda da Lalafo-da elan yerləşdirmək sizin 1 dəqiqədən də az vaxtınızı alır. Biz öz rekordumuzu yeniləmək istəyirik!

Lalafo-da məhz hansı məhsulları satmaq və tapmaq olar?
Praktik olaraq, demək olar ki, bütün məhsulları! Smartfon-dan tutmuş, ev, ən orijinal koleksiyonlara kimi, hətta iş də tapa bilərsiniz. Bir neçə gün öncə saytımızda hətta xoşbəxtlik də satırdılar, düzdür bu məzəli elanlar seriyasındandır. Amma həqiqətən qanunla icazə verilən və normalarımızdan kənara çıxmayan hər şeyi satmaq olar.

Bütün suallarımıza ətraflı cavab verdiyi üçün  Müşfiq Həsənova təşəkkür edirik və şirkətin gələcəkdə daha da inkişaf etməsini arzulayırıq. Bəs siz Lalafo əlavəsindən istifadə etmisiniz?

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!