Baku City CircuitFormula 1IdmanƏn Son

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bəyanat

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ictimaiyyətin nəzərinə çatdırır ki, Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlər qeyri-rəsmi və əsassız məlumatlardır. Belə ki, Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilə şərtləri tam məxfi saxlanılır və heç bir şəkildə icitmaiyyətə rəsmi şəkildə açıqlanmır.

Eyni zamanda bildirmək istərdik ki, Formula 1 yarışlarının təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda Formula 1 yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdur və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!