Bakı Caz Festivalı çərçivəsində növbəti konsert maraqla qarşılanıb

Oktyabrın 24-də Beynəlxalq Caz Festivalı çərçivəsində “Lənmark Rotunda”da caz ifaçıları konsert proqramı ilə çıxış edib.

Konsertdə Afqan Rəsul triosu “Kon alma” və “Filing” kompozisiyalarını ifa edib.

Trio tamaşaçıları fortepiano, kontrabas və zərb alətləri ilə caz dünyasına səyahətə aparıb.

Sonra ikinci konsert başlayıb. Bu dəfə Elbəy Məmmədzadənin triosu və saksofonçu Andrey Konstantinov eyni səhnəni bölüşüblər.

A.Konstantinov özünün müəllif kompozisiyalarını ifa edib. “Bakulogia”, “Mr. Postman” və “How we love” ifaları maraqla qarşılanıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: