EventsFestivallarJazzMədəniyyətTəqdimat

Bakı Caz Festivalı on beş illik ildönümünü üçgünlük televiziya şousu ilə qeyd edəcək

“Bakı Caz Festivalı-2020” koronavirus pandemiyası səbəbindən AzTV məkanından təqdim ediləcək.

Frame.az xəbər verir ki, artıq ənənəyə çevrilmiş festival oktyabrın 9-dan 11-dək “Round midnight” ənənəvi caz standartına uyğun olaraq keçiriləcək. Festivalın xüsusi seçilən hadisəsi dünya caz ulduzlarının Bakıda keçirilmiş caz festivalları zamanı səhnəarxası həyatı barədə xüsusi buraxılış verilişləri olacaq.

Caz telemarafonu Azərbaycan caz musiqiçilərinin qala-konsertlərini nümayiş edəcək. Həmçinin Bakını ziyarət etmiş dünya caz musiqi ulduzları tərəfindən xüsusi təbriklər və müxtəlif ölkələrin adından çıxış edən musiqiçilərin onlayn “jam sessions”ları təqdim olunacaq. Telemarafonun xüsusi qonaqları Kendi Dalfer (Niderland), “Küspert & Kollegen” (Almaniya), “Gaspar Karoly Trio” (Macarıstan) ansamblları, Şahin Növrəsli, İsfar Sarabski və onların caz dostları olacaq.

On beş illik zaman ərzində Bakı Caz Festivalı Bakı şəhəri musiqi həyatının ayrılmaz hissəsinə çevrilib. Festival ərzində tamaşaçılara caz musiqisi üslublarının xüsusi rəngarəngliyi ilə seçilən konsertləri təqdim ediləcək. Onların arasında avanqard, ənənəvi caz, etnocaz kimi cərəyanlar nümayiş olunacaq. Bu hadisə dünyanın aparıcı telekanallarının diqqətini daima cəlb edir, hər il “Euronews” kanalı tərəfindən geniş işıqlandırılır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!