EventsMusiqiMədəniyyətTəqdimatƏyləncə

“Bakı Çempionatı” müsabiqəsi keçiriləcək

10 Fevral Rəşid Behbudov adına Azərbaycan Dövlət mahnı teatrında ictimai və akademik rəqs növləri üzrə açıq statuslu rəsmi“Bakı Çempionatı” müsabiqəsi keçiriləcək.

Müsabiqə Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının, eləcə də Jam Group-un təşkilatçılığı ilə reallaşacaq. Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunacaq. Yarışın keçirilməsində əsas məqsəd ictimai və akademik rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Bununla yanaşı həmin rəqqaslar gələcəkdə Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim edib, ölkəmizin adını zirvələrə qaldıra bilərlər.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!