Təqdimat

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin tələbələri ilə görüş keçirilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 5 dekabr, 2017-ci il tarixində Sosial Elmlər Klubu 2 (SEK 2) yenidən fəaliyyətə başlaması məqsədi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin tələbələri ilə görüş keçirdi.

Tədbirdə AGAT-ın sədri Lalə Mehdiyeva və fakultənin nəznində faəliyyət göstərən “Gənc Jurnalistlər Klubu”nun koordinatoru Günel İsgəndər iştirak etdi. Təqdimat müddətində tələbələrə AGAT barədə, SEK 2 –nin gələcək fəaliyyəti, ölkənin ictimai həyatında gənclərin fəallığı, dövlət gənclər siyasəti və s. ilə baglı geniş məlumat verildi. Sonda AGAT-ın sədri L. Mehdiyeva və tələbələr arasında maraqlı müzakirələr aparıldı, suallar cavablandırıldı.

Qeyd edək ki, 2011-ci ildə AGAT nəzdində Sosial Elmlər Klubu yaradılıb. Klubun yaradılmasında məqsəd aktual elmi problemlərin, araşdırmaların aparılması üçün tələbələr arasında bilik, informasiya mübadiləsi, müzakirələrin həyata keçirilməsidir. Eyni zamanda klubun fəaliyyəti çərçivəsində ölkəmizdə ictimai-siyasi məsələlərə yönəlik təkliflər və ideyalar hazırlayıb aidiyyatı qurumlara təqdim olunmasını özündə ehtiva edir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!