AirnewsCovid-19EventsSəyahətTurizmTəqdimat

Bakı-Dubay təyyarə uçuşları bərpa olunur

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edir.

Frame.az-ın AZAL-dan əldə etdiyi məlumata görə, uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə – birinci və beşinci günlər yerinə yetiriləcək.

Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək. Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.

Bakı-Dubay istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

– vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-dubai ;

– Dubaya gəlməzdən əvvəl “COVID-19 DXB Smart App” tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;

– koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.azal.az/az/information/covid-clinics

Dubay-Bakı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

– Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilib: https://www.azal.az/az/information/covid-azerbaijan;

– koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar.

Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhürü, həmçinin QR-kodun əks olunduğu arayışı təqdim etməklə yoxlanılacaq.

Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-dubai.

Hər iki istiqamətdə uçan sərnişinlərin nəzərinə:

– testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;

– pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq lazımdır: https://youtu.be/-s-0s4o1L2M

Qeyd edək ki, “Fly Dubai” aviaşirkəti isə martın 2-dən etibarən Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirəcək. Martın 2-dən etibarən həftədə üç dəfə, martın 18-dən isə aviareyslər hər gün olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!