FutbolIdman

Bakı Futbol Liqasının başlamasına bir həftə qalıb

Azərbaycanda yeni yaranmış – Bakı Futbol Liqasının (BFL) başlamasına son bir həftə qalıb.

“AtaBank” ASC-dən bildiriblər ki, Bakı Futbol Liqası adlı həvəskar liqa 2016-ci ildə yaradılıb. Bu liqanın digərlərindən fərqi odur ki, BFL çərçivəsində təşkil olunan yarışda komandalar oyuna 11 deyil, 8 futbolçu ilə çıxacaq.

Yarışlarda istənilən həvəskar komanda BFL-dən qeydiyyatdan keçməklə iştirak edə bilər.

2017-2018-ci il mövsümündən başlayaraq yarış həvəskarlar arasında Premyer Liqa adı altında keçiriləcək.

Qurumun saytında bildirilir ki, peşəkar komandalarda olduğu kimi, BFL liqa çempionatı, liqa kuboku və liqa superkuboku təşkil edəcək.

Liqada peşəkar oyunçular iştirak edə bilməz. Bakı Futbol Liqasının yarışlarında iştirak üçün artıq ərizələrin qəbuluna başlanıb və bir necə tanınmış şirkət, o cümlədən “AtaBank”, “Kristal R&R”, “Akkord Sement”, “RR Group” və s. Artıq qeydiyyatdan keçib.

Yarışın qalibi həvəskarlar arasında keçirilən klublararası dünya çempionatına vəsiqə qazanacaq.

Turnirlə bağlı ətraflı məlumatı www.bfl.az saytından öyrənmək olar (əlaqə nömrələri: (050) 671 20 05 ; (051) 888 00 05, video keçid: https://www.youtube.com/watch?v=xVtIzW9Avj4).

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!