Bakı İki il sonra İslam Həmrəyliyi Oyunlarını təkbaşına təşkil edəcək

4-cü İslam Həmrəyliyi Oyunlarının Mətbuat Əməliyyatları Üzrə Direktoru 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarında fəaliyyət göstərən  insan resurslarını  tərifləyib, çünki azərbaycanlılardan ibarət böyük işçi heyəti paytaxtda keçiriləcək digər irimiqyaslı idman tədbirlərinə rəhbərlik edəcək.

Ceyn Piers 30 ildən artıq müddətdir ki, yüksək səviyyəli idman tədbirlərini təşkil edir və onun karyerasında 2012-ci il Olimpiya Oyunları və 2014-cü il FIFA Dünya Kuboku yarışları mühüm yer tutur.

İki bundan əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında yerli mütəxəssislər geniş təcrübəyə malik beynəlxalq əməkdaşları ilə çiyin-çiyinə çalışdılar.
“Mən 2015-ci ildə çoxsaylı idman növlərini əhatə edən irimiqyaslı tədbirlərdə geniş təcrübəyə malik olmayan ölkədə təşkil olunan yeni tədbir üçün mətbuat əməliyyatları üzrə direktor vəzifəsinə təyin olundum” deyə Ceyn Piers  məlumat verdi.

“Mənim üçün vacib olan məsələ ondan ibarət idi ki, beynəlxalq ekspertlərin ölkəyə gətirilir və sonradan yola salınırdı”.

Piersin təklif etdiyi həll yolu idman olimpiya obyektinin meneceri və foto supervayzeri vəzifəsinə yerli mütəxəssislərin təyin olunması idi, çünki məhz bu zaman hər bir azərbaycanlı müavin təcrübəli mütəxəssislərdən mətbuat əməliyyatlarının incəliklərini öyrənmək şansını qazanacaqdı.

“Onlara  təlimlər verildi  və tədbirlərdə fəal rol oynadılar və  növbəti dəfə keçiriləcək irimiqyaslı tədbirlərdə artıq bizə ehtiyac qalmayacaq-” deyə Piers öz çıxışı zamanı qeyd edib.

“Belə ki, 4-cü İslam Həmrəyliyi Oyunlarının olimpiya idman obyektlərinin menecerləri və foto supervayzerləri azərbaycanlılardır və düşünürəm ki, bu, fantastik kadrlarıdır “.

Bacarıqlı gənc təşkilatçılar nəslinin yetişdirilməsi  12-22 may tarixlərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycanın gələcəkdə keçirəcəyi idman tədbirləri üçün kadr baxımından önəmli idi 2016-cı ildə Bakı  Azərbaycan   Formula 1, Avropa Qrand Priks yarışını təşkil etdi   və bu il iyun ayında isə Azərbaycan Qrand Priks yarışlarına ev sahibliyi edəcək.

Bakı həmçinin, Avro 2020 futbol turniri zamanı futbol yarışlarına ev sahibliyi edəcək 13 şəhərdən biridir.

“Biz göstərmək istəyirik ki, bunu özümüz də edə bilərik” deyə 1-ci Kristal Zalın (voleybol turnirinin keçirildiyi yer) mətbuat meneceri və mətbuat əməliyyatları rəhbəri Kamran Talıbovun müavini, mətbuat xidmətləri meneceri Pirim Pirimov öz çıxışı zamanı qeyd edib.

“Biz Pirimi real ulduza çevirdik” deyə Piers vurğulayıb”. O, ilk işə götürdüyümüz azərbaycanlıdır və real ulduzdur. O, təşəbbüs göstərir, ağıllıdır və işinə qayğı ilə yanaşır. O, 2015-ci ildə heyətin gənc üzvü idi və indi isə iki nömrəli işçidir”.

Pirimov Avropa Oyunlarında “heç bir şey” bilmədiyini etiraf etsə də, özünü inkişaf etdirərək azərbaycanlılardan ibarət işçi heyətin əsas üzvlərindən birinə çevrilib və o, bütün bu nailiyyətləri məhz 23 yaşında əldə edib.

Pirimov Mətbuat Əməliyyatları şöbəsinin 35 tam ştatlı işçilərindən biridir, yaşıl köynəkli könüllülərin intellektual ordusu isə 4-cü İslam Həmrəyliyi Oyunlarının oyun sahələrində mətbuat nümayəndələrini salamlayacaq.

“Bu, çox mühüm əhəmiyyət kəsb edir” deyə Piers vurğulayıb. “Bu hissi yaşamadan  təsvir edə bilməzsən. Lakin mühüm olan məsələ – mükəmməl müştəri xidməti, mükəmməl təşkilatçılıq və sistemli planlaşdırma – yerli işçilərə ötürülməklə onlara gələcəkdə kömək edə bilər”.

Naidə Dəmirova 2015-ci il Avropa Oyunlarının digər yeni siması idi və o, Bakı Atıcılıq Mərkəzində geniş təcrübəyə malik Veronika Muehlhoferdən çox şey öyrəndi. Şagird bu dəfə ustada çevrilib.

“Veronika ilə işləmək mənim üçün çox maraqlı idi” deyə Dəmirova öz çıxışı zamanı qeyd edib. “O, çox fəal idi, öz işinə qayğı ilə yanaşırdı və mən ondan çox şey öyrəndim. Mən indi həmin təcrübənin nə qədər faydalı olduğunu başa düşürəm və əminəm ki, digər şöbələr də eyni fikirdədir ”
Dəmirova Pirimovun fikrini təsdiqləyərək qeyd edir ki, azərbaycanlı təşkilatçıların sərbəst  işləmək iqtidarında olduqlarını hiss etməsi mühüm əhəmiyyət kəsb edir. “Bu, yaxşıdır ki, tədbirlərə hal-hazırda çox az sayda xarici mütəxəssis cəlb olunub” deyə o, əlavə edib. “Yerli heyət  cəlb olunub və bütün tədbirlər çox mükəmməl olacaq”

Pirimov təsdiq edir ki, adaptasiya və çeviklik işə yiyələnməyin  əsas faktorudur.

“Siz hər zaman yeni bacarıqlara yiyələnməlisiniz” deyə o, qeyd edib. “Siz məsuliyyətli və proaktiv olmalısınız. Siz insanlarla ünsiyyətdə olmalı, dostluq əlaqələri yaratmalı, nə etdiyinizi bilməli və insanlara yanaşma tərzini bilməlisiniz. Siz hər zaman özünüzü təkmilləşdirməlisiniz”

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: