Idman

Bakı Karate-do Akademiyasının idmançıları dünya kubokuna hazırlaşır

WBMAF -nın və Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq, 30 noyabr – 4 dekabr 2016 tarixləri arasında Bakı İdman Sarayında dünya kuboku keçiriləcək.

Bakı Karate-do Akademiyasının idmançıları da bu yarışda BKA -nın baş məşqçisi və prezidenti Vüsal Abdullazadənin rəhbərliyi altında iştirak edəcək.

Tehmezli Osman 5 yaş, 28 kq / İbayev İbrahim 6-7 yaş, 25 kq / Nağızade Ziyeddin 8-9 yaş, 20 kq / Tehmezli Ali 8-9 yaş, 25 kq / Esgerzade Adil 8-9 yaş, 30 kq/ Nağızade Tural 10-11 yaş, 30 kq/ Quliyev Mehemmed 10-11 yaş, 27 kq/ Bayramlı Mahir 10-11 yaş, 35 kq/ Soltanov Emil 12-13 yaş, – 30 kq Cavadov Niyaz, 12-13 yaş, – 45 kq Alizade Ilkin, 13-14 yaş, -62 kq

Əlavə olaraq qeyd edək ki, Tehmezli Osman 5 yaşında BKA -nın işk Respublika çempionudur, İbayev İbrahim Respublika çempionu, həmçinin Beynəlxalq turnirin qızıl, gümüş və bürünc mükafatçısıdır, Tehmezli Ali ve Nağızade Tural dəfələrlə Respublika çempionu və hər ikisi ayrı-ayrı çəkilərdə Dünya kubokunun gümüş mükafatçısıdır.

Nağızade Ziyeddin Respublika çempionudur və bir sıra yarışların qalibi, həmçinin Dünya kubokunun qızıl mükafatçısıdır.

Əsgerzade WKF üzrə beynelxalq turnirin və ayrı ayrı növlər üzrə dəfələrlə Respublika çempionudur. İlkin, Niyaz və Soltanov Emil də BKA -nın nəticesi olan perspektiv idmançılarındadır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!