Bakı Karate-do Akademiyası Çempionlar kuboku keçirilib

31.03.2019-cu il tarixində Şağan Olimpiya İdman Kompleksində Bakı Karate-do Akademiyasının təşkil etdiyi Uşaq, Yeniyetmə və Gənclər arasında “ IV Açıq Bakı Çempionlar kuboku” uğurunda çempionat keçirilmişdir.
Çempionat 31 mart soyqırımında və aprel şəhidlərimizin əziz xatirəsinə həsr edilmişdir. Vətənpərvər ruhda keçirilən çempionatın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BKA-nın prezidenti Vüsal Abdullazadə ölkə rəgbərliyinin idmana olan diqqət və qayğısından bəhs edib daha sonra isə bir sıra federasiya rəhbərləri və həmçinin mahnıları ilə sevilən sənətçilər Şəmistan Əlizamanlı və Musa Musayeva söz verilmişdir.
Çempionlar kuboku uğurunda 13 filialdan, 150-dən çox reytinqli idmançı qatılmışdır. Çempionatın qalibləri kubok, medal və diplomlarla təltif edilmişdir.
Qeyd edək ki, Bakı Karate-do Akademiyasının reytinqli idmançıları Rüstəmov Səid (10-11 yaş, 40 kq) , İbayev İbrahim (8-9 yaş, 30 kq), Hüseynli Nihat (10-11 yaş, -30 kq) və Mirzəzadə Zaur (6-7 yaş, -23 kq) və həmçinin BKA -nın şef-instruktoru və prezidenti Vüsal Abdullazadə 08.04.2019 – 17.04.2019 tarixləri arasında Portuqaliyanın Caldas da Rainha şəhərində keçiriləcək Dünya çempionatında iştirak edəcək.
İdmançılarımıza bu mötəbər dünya çempionatında uğurlar arzu edirik.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: