Frame LifeIdmanƏn Son

“Bakı Marafonu-2017”nin qalibləri mükafatlandırılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”nın kişi və qadın kateqoriyaları üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

Mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda keçirilib. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladimir Demyanov isə III yerə sahib çıxıb. Qadınların arasında isə Türkiyə vətəndaşı Yayla Kılıc, ukraynalı Valentina Poltovska və iranlı Persina Arap müvafiq olaraq I-III yerləri tutublar.

Həmçinin kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü, beşinci yerləri tutan şəxslərə Avropa daxilində istədikləri ölkəyə ikinəfərlik səyahət bileti hədiyyə olunub. Altıncı, yeddinci və səkkizinci yerlərin sahiblərinə “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, doqquzuncu və onuncu yerləri tutanlara isə hədiyyə kuponları verilib. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!