Bakı Marşal Klubunun Növbəti Uğuru

5 oktyabr 2018-ci il tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) növbəti uğura imza atıb.

Klubun sadiq nümayəndəsi Telman Hacıbutayev və digərləri dayanıqlıq, iradə və mübarizlik keyfiyyətlərini özündə cəmləşdirib birdaha komanda işi və ruh yüksəkliyini nümayiş etdirmək imkanına malik olduqlarını sübut edərək Bazardüzü zirvəsini fəth etmişlər.

Nəzərinizə çatdırmaq istərdik ki, Bazardüzü Azərbaycanın ən hündür zirvəsi olub (4466m) Böyük Qafqaz dağlarının BaşQafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsi olan Bazardüzü üç zirvədən ibarətdir.

Türyan və Qusarçayları buradan başlanır. Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldarellərin yaylağı olmuş Şahnabadçayı dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: