MədəniyyətSosialTəqdimat

Bakı metropolitenində növbəti sosialyönümlü aksiya keçirilib-VIDEO

Bakı metropolitenində növbəti sosialyönümlü aksiya keçirilib.

Frame.az-a qurumun mətbuat xidmətindən bildirilib ki, budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir. Həmçinin dövlət başçısının bu il yanvarın 10-da imzaladığı digər sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bununla əlaqədar ölkə daxilində, eləcə də bütün dünyada müxtəlif mövzularda tədbirlər keçirilir.

Xalq Cümhuriyyətinin yubileyinə “Bakı Metropoliteni” QSC-də də maraqlı və özünəməxsus töhfə hazırlanıb. Qırmızı xətdə hərəkət edən sərnişin qatarında fləşmob keçirilib. Fləşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

Fləşmob ulu öndərin “…Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin sürəkli alqışına səbəb olub.

http://https://www.youtube.com/watch?v=DWal3HM82B0

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!