EventsFashionTəqdimat

Bakı Moda Həftəsinin beşinci mövsümü keçiriləcəkdir

Jumeirah-da 24-27 noyabr tarixləri arasında Bakı Moda Həftəsi-nin beşinci mövsümü keçiriləcəkdir. Bu şou ildə iki dəfə təşkil edilir və istedadlı dizaynerlərin dəb nümayişləri keçirilir. Bu mövsüm möhtəşəm dəb həftəsini  monopokazla uşaq markası “Bechique” açır. Bundan başqa noyabrın 25-dən dəb həftəsi bağlanana kimi Gürcüstan, Türkiyə, Kanada, Ukrayna, Özbəkistan və.s kimi ölkələrdən dizaynerlərin dəb marafonları nümayiş olunacaqdır. Marafonun ilk gününü məşhur gürcü dizayner AFTANDİL öz kolleksiyası ilə açacaqdır. Ardınca Azərbaycan brendi olan Nadit-dən incə və parlaq rəngli kolleksiya nümayiş olunacaqdır. Gecə boyunca Project by Natavan Gallery-dən unikal konsepsiya, gürcü əsilli azəri dizayner Amina Jafar və türk dizayneri Lulu by Rana-dan möhtəşəm dəb nümayişini izləyə biləcəksiniz.

Marafonun ikinci günü Azərbaycanlı dizayner Hökümə xanım Hacıyevanın Levata Group zərgərlik evi  ilə birlikdə yaratdığı kolleksiyanın nümayişi ilə açılacaqdır. Ardınca Zinet-i-Zishan-dan unikal zərgərlik əşyalarının və aparıcı türk dizayneri Selma Çilek-dən bütün ailə üçün təsis edilmiş “Family Look” kolleksiyasının nümayişi baş tutacaqdır. Günü Ukraynalı dizaynerlər Kriza və Couture de Fleur nümayişləri ilə yekunlaşdıracaqdır.

Marafonun yekun günündə Özbəkistanlı dizaynerlərin “Sharq Liboslari” adlı kolleksiyalarının nümayişi, türk moda evi “The Black Dress” və ilk olaraq Jannat markasının kolleksiyaları təqdim olunacaqdır. Gecə Moskvadan olan “Sol Atelier” brendinin nümayişi ilə davam edəcək. Möhtəşəm marafonun bağlanış mərasiminə isə Azərbaycan brendi olan “De Camie” kolleksiyasının nümayişi ilə son qoyulacaq. Frame.az14203287_1721875524741754_8430581305864403403_n 15107256_1753529778242995_919149999542417581_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!