EventsFestivallarTurizmTəqdimat

“Bakı Piknik Festivalı” keçiriləcək

ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, “Təmiz Şəhər” ASC, Coca-Cola Şirkəti, Azərbaycan Yelkən Federasiyası, Sevimli Bala və Amapola Exclusive Events birgə təşkilatçılığı ilə “Bakı Piknik Festivalı” keçiriləcək.

Bu barədə Frame.az-a Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyal üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsindən bildirilib.

27-28 iyul tarixlərində saat 18:00-da Bakı Piknik Festivalı Böyük Şor gölü Parkında keçiriləcəkdir.Tədbirdə akustik musiqili proqram( açıq mikrofon), müxtəlif oyunlar, müsabiqələr, faceart və s. keçiriləcək. Piknikə qonaqlar qida zənbili və oturmaq üçün ləvazimatlarla qoşula bilərlər.

Tədbir bütün ictimaiyyətə açıq keçiriləcəkdir. Minimum 300 nəfərin iştirakı nəzərdə tutulub.

Piknik saat 18:00 – 21:00-a qədər davam edəcəkdir.

• Coca – Cola şirkəti tərəfindən ASAN Könüllüləri üçün içki pulsuz olacaqdır.

• Həmçinin uşaqlar üçün Sevimli Bala tərəfindən əyləncəli güşə yaradılacaqdır.

• Bakı Piknik Festivalında Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən :

 “Optimist” və “Laser” sinifləri üzrə yelkənli qayıqlar nümayiş olunacaq.

 Yelkənli idman növü, o cümlədən yelkənli qayıqların necə idarə edilməsi barədə məlumatlar veriləcək uşaqlara dəniz düyünlərinin müxtəlif növləri nümayiş olunacaq, dəniz düyünlərini bağlaya bilən uşaqlara həvəsləndirici kiçik hədiyyələr təqdim olunacaq.

 hava şəraitindən asılı olaraq həm quruda, həmçinin göldə təlimlərin necə aparılması nümayiş olunacaq.

• Azərbaycan İdman və Velosiped Federasiyası tərəfindən velosipedlərə xüsüsi endirimlər olacaqdır.

• Lazzmaster tərəfindən əyləncəli müsabiqələrin qalibləri dondurma paketləri ilə təmin olunacaqlar.

• Xırtaxırt   tərəfindən əyləncəli müsabiqələrin qalibləri dondurma paketləri ilə təmin olunacaqlar.

• Piknikda ilkin tibbi yardım məntəqəsi fəaliyyət göstərəcəkdir. Həmçinin ödənişsiz terapevt məsləhəti ala biləcəksiniz.

Qeyd : Piknikə yarım saat əvvəlcədən gəlməyiniz xahiş olunur.

Ətraflı məlumat üçün:

Link: https://www.facebook.com/events/1769911666421034/

(+994) 12 4447444

(+994) 70 408 0 108

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!