Bakı Şəhər Halqası birinci mərhələsi Bəhreynin Saxir avtodromunda keçirilən FIA Formula 2 Çempionatının ikinci mərhələsinə evsahibliyi edəcək

Bakı Şəhər Halqası birinci mərhələsi Bəhreynin Saxir avtodromunda keçirilən FIA Formula 2 Çempionatının ikinci mərhələsinə evsahibliyi edəcək.

Birinci mərhələdə yarışı dörd podiumla bitirən “DAMS” ilə poul mövqeyi və iki podiuma nail olan “UNI-Virtuosi Racing” komandalarının liderliyi ilə yadda qaldı. Birinci Sərbəst Yürüşdə Serxio Sette Kamara öz komanda yoldaşı Nikolas Latifini qabaqlayarkən, Luka Qiotto Sıralanma Turunda ilk F2 poul mövqeyini əldə edib komandaya 4 bonus xal qazandırdı. “DAMS” komandasının kanadalı pilotu Latifi şənbə günü keçirilən ilk yarışda finiş xəttində Qiotto və Sette Kamaranı ötərək birinci yerə çıxmağı bacardı. “UNI-Virtuosi Racing” komandasının italyan pilotu isə bazar günü keçirilən ikinci yarışda 7-ci mövqedən 1-ci mövqeyə yüksələrək DAMS komandasını geridə qoydu. Beləliklə, Sette Kamara və Latifi, müvafiq olaraq, birinci və ikinci yerə çıxdı.

Beləliklə, Qiotto birinci mərhələnin sonunda 37 xalla çempion sıralanmasında birinci yerə yüksələrkən Latifi 35 xal, Sette Kamera isə 27 xalla birinci və ikinci yerdə qərar tutub. Luis Deletraz 16, Nik Vries və Antuan Über 12 xalla ilk üçlüyü izləyən pilotlar sırasında daxil olub. Ümumi komanda mövqeyində isə 62 xal qazanan “DAMS” 48 xal toplamış  “UNI-Virtuosi Racing”  üzərində üstünlük qazanıb. “Carlin” 12,  “ART Grand Prix” və “BWT Arden” komandaları isə hər ikisi 12 xal toplayıb.

F2 bolidləri üçün Medium və Supersoft tərkibli təkərlər Pirelli tərəfindən təchiz ediləcək. Bu trekdə tez-tez Təhlükəsizlik Maşını görürük. Bu isə o deməkdir ki, komandaların strategiyası və məcburi pit-stop üçün düzgün vaxtın seçilməsi həlledici rol oynayır. İnanırıq, F2 azarkeşlərini yenə həyəcan dolu anlar gözləyir!

İsinmə mərhələsi // Nikolas Latifi –“Dams”

“Bakı trekinin şəhər treki olması özü ilə müəyyən çətinliklər gətirir. Burada hər hansı bir səhvə yer yoxdur. Elə bu özü də həyəcan yaratmağa bəs edir! Yarış zamanı isə 330 km/s-a yaxın sürət yığırıq. Bakıda keçən yarış ilin ən həyəcanlı yarışlarından biridir: burada hər şey baş verə bilər. Sıralanma turunu birinci və ya ötən il mənim vəziyyətimdə olduğu kimi sonuncu yerdə bitirməyin elə bir əhəmiyyəti yoxdur. Ötən il Sıralanma turunu sonuncu yerdə bitirməyimə baxmayaraq, birinci və ikinci mərhələdə, müvafiq olaraq, beşinci və üçüncü yerə yüksəldim. Buna görə də, yarışın nəticələri ilə bağlı proqnoz vermək mümkün deyil.

“Trekin qala qapılarından keçən nöqtəsi təqvimin ən bənzərsiz, eləcə də, ən dar döngələrindən biridir. Bu nöqtə yarışda olduqca həlledici rol oynayır. Burada qəza baş verəndə bütün yarış dayanır.

“Bolidi trekə uyğunlaşdırmaq da asan deyil, çünki bir yandan sürətlənmə düzlüyü üçün maksimum sürət yığmağa çalışır, digər təfədən aşağı sürətli döngələrə hazırlaşmağa çalışırıq. İki müxtəlif şərt altında iki müxtəlif quraşdırma tələb olunur.

“Birinci və üçüncü döngələrdə ötmə əməliyyatı ən bariz fürsətlərdir. Digər tərəfdən, F2-də istənilən döngə ötmə əməliyyatı üçün fürsətə çevrilə bilər. Bu da F2 çempionatının özünəməxsus xüsusiyyətlərindən biridir. Eyni zamanda bir qədər riskə getmək də lazım gəlir. Bu, artıq pilotarın təqdirinə qalır!

“Aydındır ki, ilin ikinci yarış həftəsonudur və hamı yaxşı mövqe qazanmağa çalışır. Ötən iki il ərzində, Bakıda yaxşı nəticələrim olub. Balansı qoruya bilmişəm. Burada bir qədər məntiqli davranmaq lazım gəlir. Çox problemlər yarana bilər, buna görə də, səhvə yol verməkdən yayınmalıyıq. Bakı treki yarışmaq üçün səbrsizliklə gözlədiyim treklərdən biridir!”

Mario Isola, Pirellinin F1 və avtomobil yarışları üzrə rəhbəri

“Bakıda pilotları gözləyən əsas çətinlik ön və arxa təkərlərin düzgün istiqamətdə işləməsini təmin edən oxların balansını saxlamaqdır. Olduqca uzun sürətlənmə düzlüyü, eləcə də, trekin ətrafındakı binaların saldığı kölgə nəticəsində trekin temperaturuna təsir göstərərək təkərlərin bir dövrə ərzində tez soyumasına gətirib çıxarır. Bakı trekində tez-tez təhlükəsizlik maşınını görürük. Buna görə də, elə bir strategiya seçilməlidir ki, komandalar yarana biləcək müxtəlif vəziyyətlərə uyğunlaşa bilsinlər. Ötmə əməliyyatları mümkündür. Bütün bu şərtlər altında təkər strategiyasının düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir.”

 

Mövsüm üzrə statistika

Çempion sıralamasında lider Luka Qiottonun topladığı xal – 37

Birinci mərhələdə ən azı 1 xal toplaya bilmiş komanda sayı – 8

“DAMS” komandasının nail olduğu podium sayı – 4

İlk F2 yarışında xal toplaya bilmiş pilot sayı – 3 (Antuan Über, Quan Çjou və Mik Şumaxer)

Qeydə dəyər məsələlər

F2-nin bazar günü keçiriləcək ikinci yarış 2017-ci ildə başlayan FIA Formula 2-nin 50-ci yarışı olacaq.

Birinci mərhələdə həm şənbə, həm də bazar günü podium 3 eyni pilot podiuma çıxıb: Nikolas Latifi, Luka Qiotto və Sercio Sette Kamara.

Birinci mərhələdə Luka Qiotto ilk F2 poulunu qazanıb.

“UNI-Virtuosi Racing” komandasının italyan pilotu Qiotto 2017-ci ildən bu yana ən çox xal toplamış pilotdur.

İlk dəfə F2-də yarışan Quan Çjou birinci mərhələnin çənbə günü keçirilən ilk yarışında 17-ci mövqedən 10-cu mövqeyə yüksələrək ilk xalını qazanan və ən çox pillə yüksəlmiş pilot olub.

Birinci mərhələnin ikinci yarışına 20-ci mövqedən başlayan Şan Qelael finiş xəttini 10-cu mövqedə bitirib.

Birinci mərhələnin hər iki yarışında xal toplaya bilən pilot sayı 7 olub: DAMS komandasından Latifi və Sette Kamera (DAMS), Qiotto və Çjou (UNI-Virtuosi), Luis Deletraz (Carlin), Nik Vries (ART Grand Prix) və Mik Şumaxer (PREMA Racing).

Bəhreyni xal toplamadan tərk edən yalnız iki komanda olub: “Trident” və “Sauber Junior Team by Charouz”.

“MP Motorsport” komandasından Mahavir RaqhunathanSaxirdə ikinci yarışın sonunda finiş xəttini iki dəfə keçdiyinə görə bu həftə Bakıda birinci yarışda qrid mövqeyi 10 mövqe aşağı salınacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: