Bakı Şəhər Halqası – Rəsmi Qolf Turniri

“Dreamland” Qolf Klubu beynəlxalq səviyyəli Bakı Şəhər Halqasında baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisinə dəstək məqsədilə Rəsmi Qolf Turnirinə ev sahibliyi edib.

Bakı Şəhər Halqasından Frame.az-a verilən məlumata görə, bu Qolf Turnirində 20 komandadan ibarət olmaqla Azərbaycan və qonşu ölkələrdən olan 80 qolfçu öz gücünü sınayıb. Uyğun hava şəraiti və qüsursuz qolf meydançası ilə qolfçular “Dreamland” Qolf Klubunun və Bakı Şəhər Halqasının komandası tərəfindən ən xoş qonaqpərvərliyə şahid olublar. Gözəl keçən səhər yeməyindən sonra komandalar qolf meydançasında 18 dəlik üzrə mübarizəyə başlayıblar. Dörd saat müddətində davam edən turnirin sonunda qolfçular şam yeməyində bir araya gəliblər.

Turnirin qalibləri Alastar Anderson, Syuzan Dramond, Qrant Uatson və Evan Dramond 67 zərbənin yekununda 59.9 balla ən yüksək pilləyə layiq görülüb. 68 zərbənin yekununda 59.9 bal qazanan Li Henderson, Stivn Çepmen, Qrem Biti və Stiv Beykr isə ikinci yerdə qərarlaşıb. Üçüncü yer mükafatçıları isə Alister Makdaf, Endryu Halston, Nikolas Yanq və Qeri Qal olub.

 “Nearest the pin” yarışı üzrə ən yaxşı nəticəni 10-cu dəlikdə Alan Ferguson, 17-ci dəlikdə Xəlil Hüseynov qazanıb. “Longest drive” yarışı üzrə ən yaxşı nəticəyə 9-cu dəlikdə Syuzan Dramond, 16-cı dəlikdə Li Henderson yiyələnib. Ən sürətli zərbə isə Mik Trioloya məxsus olub – 146.1 m/saat.

Tədbirlə bağlı fikirlərini paylaşan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim qeyd edib: “Artıq üçüncü ildir ki, bu tədbirə dəstəyimizi nümayiş etdiririk. Bu qədər oyunçunu bir arada görməkdən və “Dreamland” Qolf Klubu heyətinin qonaqpərvərliyindən çox məmnunuq. İştirakçıların turnirlə bağlı fikirləri olduqca müsbətdir. Aprelin 27-29-u məşhur trekimizdə baş tutacaq yarışı səbirsizliklə gözləyirik”. “Dreamland” Qolf Klubunun Baş Direktoru Phil Jones isə öz növbəsində 2018 Bakı Şəhər Halqası Rəsmi Qolf Turnirində göstərdiyi dəstəyə görə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə öz təşəkkürünü bildirib: “Bu həftəsonu Bakıya təşrif buyuracaq qonaqları salamlayır və bütün komandalara gözəl yarış həftəsonu arzulayıram”.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: