Baku City CircuitEkologiyaFormula 1IdmanSosial

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) işçi, marşal və könüllülərdən ibarət bir qrup təmsilçisi görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü əsasında keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

BŞH-dən Frame.az-a bildiriblər ki, şirkətin Müşfiqabad qəsəbəsində xeyli sayda badam ağacı əkiblər.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ağacəkmə aksiyasının şirkətin həyata keçirdiyi yeni strategiya baxımından tam yerinə düşdüyünü bildirib: “Biz ötən həftə “Yaşıl strategiya”ya keçdiyimizi ictimaiyyətə elan etdik. Belə ki, artıq ofisimizi “yaşıllaşdırmışıq”, işığa, suya və kağıza daha çox qənaət edirik. Həmçinin ofisimizdə tullantıları çeşidləndirərək aidiyyəti yerlərə təhvil veririk. Bu gün keçirilən ağacəkmə aksiyası da “Yaşıl strategiya”mıza tam uyğun bir addım oldu. Ona görə də aksiyada böyük həvəslə iştirak etdik. Növbəti aylarda daha təmiz və sağlam ekologiyanın davamlılığının təmin olunması istiqamətində yeni layihələrlə çıxış edəcəyik”.

Bakıda növbəti Formula 1 yarışı gələn il iyunun 5-7-də baş tutacaq. Əməliyyat Şirkəti sayca beşinci olacaq bu yarışadək lazımi hazırlıqları görərək Qran-Pri ilə əlaqədar paytaxta gələn avtoidman həvəskarları üçün bütün yarış məkanlarında “ekologiya dostu” mühiti yaratmağı planlaşdırır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!