Baku City CircuitFormula 1Oxu zalıTəqdimat

“Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabı təqdim olundu

Noyabrın 24-də “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub.

Frame.az xəbər verir ki, Formula-1 yarışlarının Azərbaycanda təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova kitabın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Ölkəmizdə könüllülərin inkişafı üçün hər cür şərait var. Könüllülük gənclərin dünya görüşünün artmasında, onların yeni dostlar qazanmasında və gələcək karyeralarının qurulmasında mühüm rol oynayır”.

“ASAN School” könüllülük məktəbinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev şəxsi inkişafa nail olmaq istəyən gəncləri könüllülük fəaliyyətinə qoşulmağa dəvət edib. Bildirib ki, şəxsi inkişafa gedən yol könüllülükdən keçir. O, gəncləri karyeralarını daha sağlam təməllər üzərində qurmaq üçün könüllülük fəaliyyətinin əsas iştirakçıları olmağa çağırıb. Bildirib ki, bu nəşri əldə edən gənclər uğura gedən yolda mühüm addım atmış olacaqlar.

Kitabın müəllifi Nadir Adilov nəşrin işıq üzü görməsində əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, kitabın satışından əldə olunacaq gəlir 6 tələbəyə təqaüd kimi təqdim olunacaq.

Sonra tədbirdə iştirak edən gənclərə müəllifin imzası ilə kitablar təqdim olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!