Bakı sakinləri məktəb illəri üçün darıxır

Hər il oktyabr ayının 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlərlə yanaşı, onların keçmiş şagird və tələbələri də xoş xatirələrə dalır, bir anlıq da olsa, hər kəs təhsil aldığı illərə geri dönür. Kimsə ilk dəfə məktəbə getməyini, kimsə tələbə adını qazandığı günü təhsil illərinin ən önəmli anı sayır. Bəs görəsən Bakı sakinləri hansını daha çox sevir – məktəb yoxsa tələbəlik illərini ?

“ACT Azərbaycan”  23-28 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Bakı sakinləri üçün məktəb illəri daha doğmadır. Rəyi öyrənilən sakinlərin təxminən yarısı məhz məktəb illəri üçün darıxdığını bildirir (46 %). Respondentlərin digər qismi isə tələbəlik illərini daha əziz sayır (28 %). Həm məktəb, həm də universitetdəki təhsil illəri üçün darıxanlar rəyi soruşulanların beşdə birini əhatə edir (22 %).

Məktəb illəri üçün ən çox darıxanlar əsasən ahıl nəslin nümayəndələridir (65 yaş və daha yuxarı – 64 %). Tələbəlik illərini daha maraqlı sayanlar elə tələbələrin (18-24 yaş aralığı) özləridir (43 %).

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: