Bakı sakinləri Mərdəkanda bağ arzulayır

“ACT Azərbaycan”  19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

May ayı girər-girməz, günəş yeri isitməyə başlayan kimi Bakı sakinlərinin əksəriyyəti Abşeron bağlarına üz tutur. Dənizli, qumlu, meynəli bağlar qışda nə qədər sakit olursa, yayda bir o qədər qələbəlik yaşayır. Qışın soyuğundan, işin stresindən ayrılmaq istəyən hər kəs bağa, dəniz qırağına can atır.

Paytaxt sakinlərinin bağ sevdasını öyrənəndə məlum oldu ki, heç də hər kəs yay istirahətini Abşeron bağlarında keçirməsi ilə fəxr edə bilməz. Çünki rəyi soruşulmuş Bakı sakinlərinin cəmi dörddə birinin (23 %) bağ evi var. Yerdə qalan böyük əksəriyyətin isə bağ evi ilə bağlı arzuları belədir :

18% üçün bağ məkanı olaraq Mərdəkan idealdır. Ondan cüzi faizlə geri qalan isə Novxanıdır (16 %). Bakı əhlinin üçüncü arzuolunan bağ zonası Bilgəhdir (9 %). Buzovna (6 %), Şüvəlan (5 %), Pirşağı (3 %) da bağı olmayıb amma arzulayanların yuxusunu qaçıran Bakı kəndlərindəndir.  13 % respondent üçün məkanın fərqi yoxdur. Təki bağ olsun ! Bağ sahibi olmayanların  5 %-i isə bağının olmasını heç arzulamır da.

Digər kiçik faiz göstəriciləri isə digər bağ zonaları arasında bölünür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: