Bakı Solistlərinin premyera konserti

Yeni ili qarşılayarkən, köhnə ili yola salaq. Ötən ilin ən gözəl məqamları xatirəmizdə qalsın: rəngarəng bahar, isti yay, gözəl payız və əlbəttə qış.

Vivaldinin “İllər fəsilləri” əsərini dinləyərkən, gözəl xatirələrə qovuşmaq mümkündür. Bayram əhvalını hiss etmək üçün, sizlərə Astor Pyazzollanin ehtiraslı tanqoları hədiyyə olunacaq. Bayırda havanın soyuq və kuləkli olmasına baxmayaraq, bizdə çox isti olacaq. Bakı solistləri ansamblı sizin üçün mədəni və estetik əsl bayram hazırlayib.

Konsert 23 dekabr 19:00da Rəşid Behbudov adına mahnı teatrında baş tutacaq. Konsertdə könüllü ödənişlər qarşılanır.

0552670122

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: