Bakı Şopinq Festivalı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edir

Hər il keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 6-8 aprel tarixlərində BakuEkspo Mərkəzində keçirilir.

Sayca 16-c olan sərgi  növbəti dəfət turizm bazarının nümayəndələrini, dövlət strukturlarını, xarici ölkələr və bölgələr ilə işləyən turizm şirkətlərini və medianı bir araya toplayacaq.  Xəzəryani turizm sənayəsinin ən önəmli tədbirlərindən biri olan sərgidə önəmli görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin bağlanması,  yeni  istiqamət və proqramların elan edilməsi gözlənilir.

Ölkəmizdə ilk dəfə 10 aprel-10 may 2017-ci il tarixlərində keçiriləcək Bakı Şopinq Festival da  bu önəmli tədbirdə iştirak edir.

Bakı Şopinq Festivalının stendindən Festivalda iştirakla bağlı ətraflı məlumat almaq, iştirakçı sahibkar qismində qoşulmaqla bağlı müraciət ərizəsini doldurmaq, festivala qoşulmuş digər  mağaza və obyektlər haqda məlumat almaq və Azərbaycan vətəndaşıarında və xarici ölkə vətəndaşlarına  ƏDV-nin(BakuShopping Festival – Tax Free)  qaytarılması sisteminin necə işləməsi ilə bağlı tanış  olmaq mümkün olacaq. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: