Bakı Şopinq Festivalında alıcılara Landmark biznes mərkəzində restoran və kafelərdən hədiyyə

Bakı Şopinq Festivalı müddətində alıcılara şəhərimizin bir çox restoran və kafelərinə ödənişsiz kuponlar təqdim edilir. Bakının mərkəzində yerləşən Landmark biznes mərkəzində fəaliyyət göstərən bir sıra restoran və kafelər də şopinq festivalı alıcıları üçün maraqlı sürprizlər hazırlayıblar.
Mayın 10-dək festivalda iştirak edən mağazalarda 200 manatdan 300 manatadək alış-veriş etməklə, Tax Free sistemindən yararlanan hər kəsə “Caspian Grill & Terrace”, “Sky Bar and Lounge”, “Dolce Pausa Coffee Shop and Bakery” restoranları 10 manatlıq yemək kuponu hədiyyə edəcəklər.
Bundan başqa, “Bangkok Noi Thai”, “Seto Japanese”, “Shin Shin Chinse” və “Salo Italian restaurant” restoranlarında da şopinq festivalı alıcıları üçün maraqlı təkliflər və hədiyyələr var. Bakı Şopinq Festivalı müddətində iştirakçı mağazalarda 300 manatdan 400 manatadək alış-veriş edən alıcılara bu restoranlar üçün 20 manatlıq yemək kuponu hədiyyə ediləcək.
Hədiyyə kuponlarını necə qazanmaq olar?
Bütün yuxarıda sadalanan restoranlara hədiyyə kuponları Port Baku, Park Bulvar, Metro park, 28 Mall və Gənclik Mall-da yerləşən Baku Shopping Festival-Tax Free köşklərində təqdim edilir. Kuponu əldə etmək üçün alıcı Tax Free köşkünə yaxınlaşaraq ƏDV qaytarılması haqda sənədi təqdim edir. Festival əməkdaşları vergi hesab fakturasını yoxladıqdan və tələb olunan prosedurdan sonra alış-veriş zamanı ödənilmiş məbləğə əsasən, hədiyyə ediləcək kuponu müştəriyə təqdim edir.
Nəzərinizə çatdırırıq ki, biletlər məhdud saydadır! Tələsin!
Kampaniya mayın 10-dək davam edəcək. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: