Bakı Şopinq Festivalında alış-veriş edin, əylənin və qazanın!

Mayın 1-dən başlanan üçüncü Bakı Şopinq Festivalı sevdiyiniz məşhur brendləri31 mayadək sərfləli qiymətlərlə əldə etmək fürsəti ilə yanaşı əylənmək və qazanmaq fürsəti verir. Festivalda iştirak edən mağazalarda  alış-veriş edib Tax Free- ƏDV-nin qismən qaytarılması imkanından yararlanan hər bir alıcı əyləncə proqramlarında  iştirak edə  bilər.

Belə ki, “Gənclik Mall” ticarət mərkəzində həftə sonları “Uğur çarxı” oyununda  xallar toplayıb hədiyyə qazana, “Park Bulvar” ticarət mərkəzində festival üçün hazırlanmış “Şopomaniya” oyununda iştirak edib həm əylənə, həm də dəyərli uduşlar əldə edə bilərsiniz. Tələsin! Mayın 31-də başa çatacaq Bakı Şopinq Festivalının sonuna cəmi 13 gün qalır.

Xatıraladaq ki, “Uğur çarxı” oyunu Gənclik Mall, “Şopomaniya” oyunu isə Park Bulvar ticarət mərkəzlərində yalnız həftə sonları 13:00-dan 20:00-a kimi keçirilir.

DİQQƏT! Festival və Şopomaniya oyunlarında  iştirak edənlər daha sonra Bakı Şopinq Festivalının Onlayn Lotereyasında da iştirak edərək NissanSunny avtomobili və bir-birindən dəyərli digər hədiyyələr qazana  bilərlər. Sərfəli  qiymətlərlə alış-veriş edin, maraqlı vaxt keçirib əylənin, qazanın və sevincinizə sevinc qatın!

Qeyd olunan ticarət mərkəzlərində “BakuShopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən hər kəs ƏDV-ni geri ala bilər. Həmin məbləği nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə etmək mümkündür.

Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan “NissanSunny” avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturasını) Sizin lotereya biletiniz olaraq uduşda lotereyada iştirak etməyinizə imkan verəcək.

Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: